...

Bakıda toyda qidadan zəhərlənənlərin sayı 51 nəfərə çatdı (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Aprel 2025 12:56 (UTC +04:00)
Bakıda toyda qidadan zəhərlənənlərin sayı 51 nəfərə çatdı (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda toyda qidadan zəhərlənənlərin sayı 51 nəfərə çatıb.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.04.2025-ci tarixində saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub:

"Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub".

"Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - deyə məlumatda qeyd edilib.

XXX

11:44

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.04.2025-ci tarixində saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

"Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb",- deyə əlavə edilib.

XXX

08:33

Dünən Bakıda restoranların birində kütləvi zəhərlənmə baş verib.

Trend-in əldə etdiyi məlumata görə, 30-dan çox şəxs toyda qidadan zəhərlənib.

Zəhərlənənlərin hər biri Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

KTM-in mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

"Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti