...

Azərbaycanın dövlət borcu açıqlandı

İqtisadiyyat Materials 18 Aprel 2025 17:36 (UTC +04:00)
Azərbaycanın dövlət borcu açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5,1 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Operativ məlumatlara əsasən, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18 milyard manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.

Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti