...

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq

Cəmiyyət Materials 18 Aprel 2025 13:04 (UTC +04:00)
Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavələr edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının (bundan sonra – Məlumat bankı) formalaşdırılmasını doqquz ay müddətinədək təmin etməlidir.

Dövlət Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsini, həmçinin fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, o cümlədən Məlumat bankında toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

RİNN “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Məlumat bankını mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, Məlumat bankının təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti