...

Ukraynanın keçmiş ali məhkəmə sədrinin pasportu ləğv olunub

Dünya xəbərləri Materials 19 Aprel 2025 11:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Konstitusiya Məhkəməsinin sabiq sədri Aleksandr Tupitski Ukrayna pasportundan məhrum edilib.

Trend xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumata görə, Ukraynanın Zakarpat vilayəti üzrə Dövlət Miqrasiya Xidməti idarəsi onun həm daxili, həm də xarici pasportunu etibarsız elan edib. Nəticədə ona qarşı irəli sürülmüş korrupsiya işi üzrə məhkəmə baxışı sənədlər bərpa olunana qədər təxirə salınıb.

Qeyd edilir ki, Tupitski 2021-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə Konstitusiya Məhkəməsi sədrliyi vəzifəsindən azad edilmişdi. 2022-ci ildə isə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkəni tərk etdiyi üçün o, beynəlxalq axtarışa verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti