...

Rusiyada 177 sərnişini daşıyan təyyarə uçuş zolağından çıxıb

Dünya xəbərləri Materials 19 Aprel 2025 10:50 (UTC +04:00)
Rusiyada 177 sərnişini daşıyan təyyarə uçuş zolağından çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kemerovo beynəlxalq aeroportunda Airbust A321 sərnişin təyyarəsi eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisədən sonra təyyarə müvəqqəti olaraq uçuşdan kənarlaşdırılıb, əks istiqamətə reys axşam saatlarına qədər təxirə salınıb. Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun məlumatına əsasən insident yerli vaxtla 07:00 (Bakı vaxtı ilə 04:00) baş verib.

"İlkin məlumatlara görə, bu gün saat 07:00 radələrində (Moskva vaxtı ilə 03:00 – TASS-ın qeydi) Kemerovo beynəlxalq hava limanında, A.A. Leonovun adını daşıyan hava limanında, Moskvadan reys yerinə yetirən “Aeroflot” aviaşirkətinə məxsus Airbus A321 təyyarəsinin enişi başa çatdıqdan sonra, rul hərəkəti zamanı dönmə əməliyyatı həyata keçirilərkən, təyyarə uçuş-enmə zolağından kənara çıxmışdır", – məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti