Bakı. Trend:
Ötən həftə Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə maliyyə sabitliyi hesabatını açıqlayıb.
Məlumata görə, ötən il maliyyə sektorunun bütün seqmentlərinin stabil fəaliyyəti təmin edilib. Bank sektorunun likvidlik əmsalı minimum normativi 22 faiz bəndi üstələyib. Bank sektoru üzrə kredit portfelinin dollarlaşması 16.1% olub.
Azərbaycanda üç böyük bankın depozit portfeli üzrə bazar payı 67%-i ötüb. Qiymətli kağızlar portfelinin həcmi 32% artıb. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 31% (235 milyon manat) artaraq 993 milyon manat təşkil edib. Sığorta sektorunun məcmu kapitalı tələb olunan kapitalı 1.9 dəfədən çox üstələyib. 2024-cü ildə toplanmış sığorta haqları ötən ilin sonuna nisbətdə 10.6% (130 milyon manat) artaraq 1,353 milyard manata çatıb.
Bu ildən manatla likvidliyin ötürülmə əmsalı tətbiq ediləcəyi qeyd edilib.
AMB sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqləyib. Mərkəzi Bank “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Maliyyə Nazirliyi ortamüddətli dövr üçün müəyyən proqnozlar verib.
Növbəti il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 45 milyard manata yaxın proqnozlaşdırılır. İl sonuna Azərbaycanın dövlət borcunun 29 milyard manata çatacağı gözlənilir. Manatın məzənnəsinin 2030-cu ilə qədər sabit qalacağı qeyd edilir. 2026-cı ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,2% olacağı proqnoz edilib. 2029-cu ildə orta illik inflyasiyanın 3,8% olacağı gözlənilir.
Maliyyə Nazirliyi bu ilin birinci rübünün göstəricilərini açıqlayıb.
Rüb üzrə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manat, xərcləri 8,1 milyard manat olub, 1,6 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5,1 milyard ABŞ dolları, daxili dövlət borcunun səviyyəsi 18 milyard manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri proqnozu 171,3 milyon manat üstələyib. Müdafiə və milli təhkükəsizlik xərclərinə 663,4 milyon manat çox vəsait yönəldilib. Sosialyönlü xərclər 1%-dən çox artıb. Neft Fondundan dövlət büdcəsinə transfert 13%-dən çox artıb. Neft-qaz sektoru üzrə büdcə daxilolmaları 4,7% çox olub. Qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 6,1% çox olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübünün sonuna göstəriciləri açıqlayıb.
Dövlət Neft Fondunun aktivləri 2,7 milyard dollar artıb. Fondun büdcədənkənar gəliri 5 milyard manata çatıb. Fond hərraclarda 2,4 milyard dollar vəsait satıb. Fondun AÇG-dən gəlirləri 2 milyard manatı ötüb, “Şahdəniz”dən gəlirlər 36%-dən çox artıb. Fondun büdcə gəlirləri 2,019 milyard manat və ya 38,3% azalıb. ARDNF bir ildə qızıl ehtiyatlarını 60 tondan çox artırıb. ABŞ dolları ARDNF-nin investisiya portfelinin 66%-dən çox hissəsini təşkil edib. ARDNF-nin istiqrazlar və pul bazarları alətləri portfelində AAA reytinqli alətlərin payı 19,9% azalıb.
Bakı Fond Birjası (BFB) Abu-Dabi Fond Birjasına qoşulmaq üçün hazırlıq işlərinə başlayıb. Həmçinin BFB birja daxilində texniki diaqnostika aparıb.
Keçən həftə Azərbaycan Respublikası Hesablama Palatası bəzi görülmüş işlərin nəticələrini açıqlayıb.
Belə ki, ötən il Naxçıvanda 46,6 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Dövlət əmlakının istifadəsində 155 milyon manatdan çox səmərəsiz xərclər aşkarlanıb. Maliyyə hesabatları üzrə 2 milyard manatdan çox təhriflər üzə çıxıb. Defolt olmuş sahibkarlıq subyektlәrinә İKZF tәrәfindәn 300 min manatdan çox vәsaitin qaytarılması tәmin edilmәyib.
Cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların renkinqi açıqlanıb.
Banklarının aktivlərinin həcminə görə renkinqi
Banklarının kredit portfelinin həcminə görə renkinqi
Bankların öhdəliklərinin həcminə görə renkinqi
Banklarının depozit portfelinin həcminə görə renkinqi
Bankların nizamnamə kapitalına görə renkinqi
Bankların xalis mənfəətinə görə renkinqi
Bankların ümumi gəlirlərinə görə renkinqi