...

Bank sektorunun likvidlik əmsalı minimum normativi 22 faiz bəndi üstələyir - Mərkəzi Bank

İqtisadiyyat Materials 15 Aprel 2025 11:03 (UTC +04:00)
Bank sektorunun likvidlik əmsalı minimum normativi 22 faiz bəndi üstələyir - Mərkəzi Bank
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bank sektorunun likvidliyi komfort zonada qalmaqda davam edir.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudenisal alətlərin tətbiqi çərçivəsinə uyğunlaşıb: "Bütün banklar məcmu və xarici valyuta üzrə müəyyən olunmuş likvidliyin örtülmə əmsalı (LCR) normativini üstələmişdir. Sektorun ani likvidlik əmsalı 52% olmaqla minimum normativi 22 faiz bəndi üstələyir".

"Sektorun aktivlərinin 27%-ni likvid vəsaitlərin təşkil etməsi, o cümlədən, məcburi ehtiyatların artması sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti