Bakı. Trend:
Mərkəzi Bank bu ildən etibarən manatla likvidliyin ötürülmə əmsalını tətbiq edəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla da xarici valyutada tələbin yerinə manatla tələb gətiriləcək:
"Burada əsas məqsəd dollarlaşmanı monetizasiya etməkdir. Manatlaşma meyillərini artırmaq üçün bu əmsalı tətbiq etməyi planlaşdırırıq", - deyə Ş.Mahmudzadə vurğulayıb.