...

Azərbaycan bankların yanvar-mart ayları üzrə ümumi gəlirləri məlum olub

İqtisadiyyat Materials 18 Aprel 2025 11:17 (UTC +04:00)
Azərbaycan bankların yanvar-mart ayları üzrə ümumi gəlirləri məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank "Kapital Bank" olub. Bankın ümumi gəlirlərinin həcmi 399,422 milyon manat təşkil edib.

İkinci sırada 335,102 milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 213,771 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.

Ümumi gəlirlərinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın ümumi gəlirlərinin həcmi 2,952 milyon manat təşkil edib.

Banklar Gəlirlər (Min manat)
Kapital Bank 399 422,00
ABB 335 102,14
PAŞA Bank 213 771,00
UniBank 85 244,97
Bank Respublika 75 305,87
AccessBank 62 557,00
Xalq Bank 59 010,98
Yelo Bank 44 902,72
Bank of Baku 44 837,68
AzərTürkBank 40 781,00
RabitəBank 40 641,92
Turan Bank 28 431,00
Expressbank 23 735,26
ZiraatBank 18 948,50
YapıKrediBank 17 999,55
VTB Bank 13 807,00
Aərbaycan Sənaye Bankı 13 059,07
Premium Bank 11 846,00
BTB Bank 9 393,00
AFB Bank 7 835,02
Avrasiya Bank 4 678,82
Bank Melli İran 2 951,80
Məqalədə:
Xəbər lenti

Xəbər lenti