...

Bakı Fond Birjası Abu-Dabi Fond Birjasına qoşulmaq üçün hazırlıq işlərinə başlayıb

İqtisadiyyat Materials 17 Aprel 2025 11:04 (UTC +04:00)
Bakı Fond Birjası Abu-Dabi Fond Birjasına qoşulmaq üçün hazırlıq işlərinə başlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjası Abu-Dabi Fond Birjasına məxsus Tabadul huba qoşulmaq üçün hazırlıq işlərinə başlayıb.

Trend xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, bu, regional birjaları bir habda birləşdirən bir təşəbbüsdür:

"Artıq bu haba 8 birja qoşulub. Eləcə də, postsovet ölkələrindən, qonşu ölkələrdən, Yaxın Şərq ölkələrindən qoşulanlar var".

"Bu platformaya qoşulmaq üçün hüquqi və texniki bazanın hazırlanması işləri gedir. Birjaların necə qoşulması, köçürülmələrin necə həyata keçirilməsi və başqa məsələlər araşdırılır. Hüquqi olaraq da həmin haba qoşulmaq o deməkdir ki, məsələn\, Abu-Dabidə fəaliyyət göstərən hər hansı broker və ya investisiya şirkəti Bakı Fond Birjasının məsafədən üzvü olaraq Birjada ticarət əməliyyatları həyata keçirə biləcək. Və ya Azərbaycandakı hər hansı broker şirkəti Abu-Dabi, Oman, Qazaxıstan Birjasına qoşulub, orada səhm alqı-satqısı həyata keçirə bilər", - deyə sədr əlavə edib.

Xəbər lenti

Xəbər lenti