...

Azərbaycan banklarının aktivlərinin həcminə görə renkinqi

İqtisadiyyat Materials 18 Aprel 2025 09:48 (UTC +04:00)
Azərbaycan banklarının aktivlərinin həcminə görə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bankın aktivlərinin həcmi 14,329 milyard manat təşkil edib.

İkinci sırada 12,448 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 8,248 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.

Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 119,976 milyon manat təşkil edib.

Banklar Aktivlər (Min manat)
ABB 14 329 641,30
Kapital Bank 12 448 104,00
PAŞA Bank 8 248 112,00
Xalq Bank 3 044 108,17
Bank Respublika 2 238 998,87
AzərTürkBank 1 956 059,00
UniBank 1 803 382,62
AccessBank 1 576 219,00
Yelo Bank 1 260 888,56
RabitəBank 1 198 397,47
Bank of Baku 1 005 059,05
ZiraatBank 909 242,08
TuranBank 875 469,00
Azərbaycan Sənaye Bankı 795 897,87
Premium Bank 667 080,00
Expressbank 607 055,00
YapıKrediBank 560 082,90
BTB Bank 367 313,00
VTB Bank 348 541,00
AFB Bank 299 584,97
Avrasiya Bank 196 400,42
Bank Melli İran 119 976,82
Məqalədə:
Xəbər lenti

Xəbər lenti