Bakı. Trend:
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə müdafiə və milli təhkükəsizlik xərclərinə 48,6 faiz və ya 663,4 milyon manat çox vəsait yönəldilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə ətraf mühitin mühafizəsi xərclərinə 42,6 faiz və ya 21,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 27,7 faiz və ya 27,3 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 14,4 faiz və ya 156,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 9,5 faiz və ya 51,7 milyon manat, təhsil xərclərinə 8,9 faiz və ya 84,4 milyon manat çox vəsait yönəldilib.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.