...

Hesablama Palatası ötən il Naxçıvanda 46,6 milyon manat maliyyə pozuntusu aşkarlayıb

İqtisadiyyat Materials 15 Aprel 2025 14:22 (UTC +04:00)
Hesablama Palatası ötən il Naxçıvanda 46,6 milyon manat maliyyə pozuntusu aşkarlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən ötən ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 milyon manat maliyyə pozuntusu aşkarlanıb, bunun 12,7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib.

Trend bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ına istinadən xəbər verir.

Məlumata görə, aşkarlanmış pozuntunun 31,5 milyon manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.

İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 milyon manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti