...

Neft Fondundan dövlət büdcəsinə transfert 13%-dən çox artıb

İqtisadiyyat Materials 18 Aprel 2025 18:05 (UTC +04:00)
Neft Fondundan dövlət büdcəsinə transfert 13%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 1-ci rübündə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert üzrə 425 milyon manat və ya 13,3 faiz çox vəsait daxil olub.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 98,9 milyon manat və ya 2,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,2 milyon manat və ya 13 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 13,5 milyon manat və ya 4,9 faiz çox vəsait daxil olub.

Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub.

Məlumata görə, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bu ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10,744 milyard manat, xərcləri isə 9,061 milyard manat icra olunub.

İcmal büdcədə 1,683 milyard manat büdcə artıqlığı (profisit) yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti