...

Növbəti il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 45 milyard manata yaxın proqnozlaşdırılır

İqtisadiyyat Materials 15 Aprel 2025 17:21 (UTC +04:00)
Növbəti il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 45 milyard manata yaxın proqnozlaşdırılır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 935,6 milyon manat və yaxud 2,1 faiz çox olmaqla 44,886 milyard manat, ortamüddətli dövrün sonuna isə 7,057 milyard manat və yaxud 16,1 faiz çox olmaqla 51,007 milyard manat proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

“Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri 2026-cı il və sonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft/qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti və digər) əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması” Qaydasına uyğun olaraq hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanmışdır”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti