Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi açıqlanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, kredit portfelinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın kredit porfelinin həcmi 6,469 milyard manat təşkil edib.
İkinci sırada 5,339 milyard manat kredit portfeli ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 3,286 milyard manat kredit porfeli ilə "PAŞA Bank" qərarlaşıb.
Kredit porfelinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın kredit porfelinin həcmi 1,205 milyon manat təşkil edib.
Banklar | Kredit portfeli (Min manat) |
ABB | 6 468 907,74 |
Kapital Bank | 5 338 917,00 |
PAŞA Bank | 3 285 720,00 |
Xalq Bank | 1 838 589,37 |
Bank Respublika | 1 499 861,89 |
Access Bank | 1 186 235,00 |
Unibank | 1 170 339,32 |
Yelo Bank | 960 276,43 |
Rabitəbank | 873 970,59 |
AzərTürkBank | 806 441,00 |
Bank of Baku | 777 043,67 |
Turan Bank | 666 946,00 |
Ziraat Bank | 574 720,73 |
Express Bank | 499 534,00 |
Premium Bank | 464 680,00 |
Yapi Kredi Bank | 320 602,52 |
Azərbaycan Sənaye Bankı | 305 811,79 |
BTB Bank | 269 594,00 |
VTB Bank | 235 764,00 |
AFB Bank | 186 840,88 |
Avrasiya Bank | 131 627,41 |
Bank Melli İran | 1 204,92 |