Bakı. Trend:
Ötən il sığorta sektorunun maliyyə göstəriciləri yaxşılaşıb, o cümlədən, inklüzivlik səviyyəsi və dərinliyi artıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Sığorta bazarının dərinləşməsi onu maliyyə sektorunda əsas institutsional investorlardan birinə çevirir. 2024-cü il ərzində sığorta haqları əvvəlki illə müqayisədə 11% artaraq 1.4 milyard manat, sığorta ödənişləri isə 26% artaraq 737 milyon manat təşkil edib. Sektor yüksək mənfəətlə fəaliyyət göstərib. Sektorun məcmu kapitalı tələb olunan kapitalı 1.9 dəfədən çox üstələməkdədir. İnvestisiya şirkətlərinin maliyyə sistemində payı kiçik olsa da, artım üçün potensialı böyükdür".
"Kapital bazarında qiymətli kağızlar dövriyyəsi 2023-cü illə müqayisədə əhəmiyyətli artıb. Kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi, tənzimləmə çərçivəsinin modernizasiyası istiqamətində tədbirlər davam etdirilib", - məlumatda qeyd olunub.