Bakı. Trend:
Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 62,450 milyard ABŞ dolları olub.
Trend bu barədə ARDNF-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,436 milyard ABŞ dolları və ya 9,5% çoxdur. Belə ki, 2024-cü ilin mart ayının sonun Fondun cəmi investisiya portfeli 57,014 milyard ABŞ dolları olub.
Cəmi investisiya portfelinin 66,1%-ni ABŞ dolları (41,248 milyard), 21,4%-ni avro (12,218 milyard), 5,1%-ni ingilis funt sterlinqi (2,431 milyard), 2,5%-ni Çin yuanı (11,276 milyard), 1,3%-ni yapon yeni (122,914 milyard) və 3,6%-ni digər valyutalar (2,282 milyard ABŞ dolları) təşkil edir.