Bakı. Trend:
Cari ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 22,2 faizinə çatacağı gözlənilir.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32,7 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 faiz səviyyəsində olacağı gözlənilir”, - deyə məlumatda qeyd edilib.