...

2029-cu ildə orta illik inflyasiyanın 3,8% olacağı gözlənilir - RƏSMİ

İqtisadiyyat Materials 15 Aprel 2025 17:19 (UTC +04:00)
2029-cu ildə orta illik inflyasiyanın 3,8% olacağı gözlənilir - RƏSMİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 3,8% olacağı gözlənilir.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti