Bakı. Trend:
Bu ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra olunub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6,113 milyard manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4,381 milyard manatı və ya 45 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3,620 milyard manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1,430 milyard manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.