Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,281 milyard manat təşkil edib.
İkinci sırada 415,6 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.
Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.
Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.
Banklar | Nizamnamə Kapitalı (Min manat) |
ABB | 1 281 271,39 |
Xalq Bank | 415 596,74 |
Yelo Bank | 378 000,00 |
PAŞA Bank | 354 512,00 |
VTB Bank | 315 815,00 |
Kapital Bank | 265 850,00 |
Premium Bank | 154 601,00 |
Unibank | 138 200,39 |
Access Bank | 121 750,00 |
Express Bank | 112 545,00 |
Rabitəbank | 101 300,08 |
Turan Bank | 100 006,00 |
Bank Respublika | 73 961,09 |
Bank Melli İran | 73 611,17 |
Avrasiya Bank | 71 800,00 |
BTB Bank | 71 450,00 |
AFB Bank | 70 393,46 |
Ziraat Bank | 65 500,00 |
Azərbaycan Sənaye Bankı | 60 000,00 |
Yapı Kredi Bank | 55 380,70 |
Bank of Baku | 52 870,00 |
AzərTürkBank | 79 000,00 |