...

Azərbaycanın sosialyönlü xərcləri 1%-dən çox artıb

İqtisadiyyat Materials 18 Aprel 2025 18:18 (UTC +04:00)
Azərbaycanın sosialyönlü xərcləri 1%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1-ci rübündə dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) 3,8 milyard manat təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, faktiki xərclərin 46,3 faizinə (ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz-bənd çox) bərabərdir.

Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub.

Məlumata görə, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bu ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10,744 milyard manat, xərcləri isə 9,061 milyard manat icra olunub.

İcmal büdcədə 1,683 milyard manat büdcə artıqlığı (profisit) yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti