...

Dövlət Neft Fondunun birinci rübdə hərraclarda satdığı vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Aprel 2025 16:14 (UTC +04:00)
Dövlət Neft Fondunun birinci rübdə hərraclarda satdığı vəsaitin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hərraclarda 2,4 milyard dollar vəsait satıb.

Trend bu barədə ARDNF-dan məlumat əldə edib.

“ARDNF tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti