Bakı. Trend:
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,2 faiz təşkil edəcəyi, 2029-cu ildə isə 1,3 faizə enəcəyi proqnozlaşdırılır.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 2,979 milyard manat, növbəti üç ildə isə müvafiq olaraq 2,760, 2,544 və 2,144 milyard manat məbləğində proqnozlaşdırılır.
“Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilib.