...

Karlo Ançelotti "Real Madrid"də qala bilər

İdman Materials 19 Aprel 2025 07:27 (UTC +04:00)
Karlo Ançelotti "Real Madrid"də qala bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid" İspaniya kubokunu qazanacağı təqdirdə məşqçi Karlo Ançelotti klubda qala bilər.

Trend xəbər verir ki, "Real" İspaniya kubokunun finalında "Barselona" ilə qarşılaşacaq. İspaniya mediasının məlumatına görə, "Real" rəhbərliyi UEFA Çempionlar Liqasındakı məğlubiyyətə baxmayaraq Ançelotti barədə qərarını verməyib. İddialara görə, "Real" Ançelottinin klubdakı karyerasını İspaniya kubokunun finalından sonra müzakirə edəcək.

Qeyd edək ki, "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a iki oyunda ümumi hesabla 1-5 hesabı ilə məğlub olub. Məğlubiyyətdən sonra Ançelottinin istefaya göndəriləcəyi irəli sürülüb. "Bayer Leverkuzen"in məşqçisi Xabi Alonso və "Red Bull"da Qlobal Futbol Rəhbəri olan Yurgen Kloppun adı "Real"la hallanır.

Xəbər lenti

Xəbər lenti