...

Poçt göndərişi ilə daşınan yüklərin həcmi cüzi artıb

İqtisadiyyat Materials 18 Aprel 2025 16:10 (UTC +04:00)
Poçt göndərişi ilə daşınan yüklərin həcmi cüzi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda poçt göndərişi ilə 15,5 milyon ABŞ dolları dəyərində 62 ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 530 min ABŞ dolları və ya 3,5%, miqdar ifadəsi ilə 1 ton və ya 1,3% çoxdur.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda poçt göndərişi ilə 15 milyon ABŞ dolları dəyərində 61 ton yük daşınmışdı.

Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 738 min ABŞ dolları dəyərində 1,6 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 147 min ABŞ dolları və ya 24,9%, miqdar ifadəsi ilə 0,3 ton və ya 22,5% çoxdur.

Ötən ilin müvafiq dövründə bu rəqəmlər 591 min ABŞ dolları və 1,3 ton idi.

Eyni zamanda dövr ərzində poçt göndərişi ilə Azərbaycana 14,8 milyon ABŞ dolları dəyərində 60,8 ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 382 min ABŞ dolları və ya 2,6%, miqdar ifadəsi ilə 1,1 ton və ya 1,8% çoxdur.

Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 14,4 milyon ABŞ dolları dəyərində, 59,7 ton miqdarında yük idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti