Bakı.Trend:
ABŞ hərbi hava qüvvələrinin Yəmənin Ras-İsa limanına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 126 nəfər yaralanıb.
Bu barədə Trend “Al-Masirah” telekanalına istinadən xəbər verir.
xxx
12:07
ABŞ-nin Yəmənə endirdiyi avaizərbələr nəticəsində azı 38 nəfər həlak olub, 102 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı “Ənsar Allah” hərəkatına istinadən məlumat yayıb.
Məlumata əsasən, cümə gününə keçən gecə Qırmızı dəniz sahilindəki Ras-İsa limanına (Əl-Hodeydə əyaləti) aviazərbə endirilib. Həmin dəniz limanında Yəmənin neft terminalının yerləşdiyi bildirilir.
Hava zərbəsindən sonra liman ərazisində güclü yanğın meydana gəlib. Ümumilikdə, ABŞ hərbi hava qüvvələrinin əraziyə 14 hava reydi təşkil etdiyi bildirilir. Qurbanlar arasında tibb işçiləri də var.