Bakı. Trend:
Hesabat ilində 2025-ci il üzrə dövlət büdcəsinə rəyin hazırlanması və Naxçıvan Muxtar Respublikası büdcəsinin təhlili zamanı Hesablama Palatası tərəfindən verilən tövsiyələrin bəziləri müvafiq qanun layihələri təsdiq edilənədək nəzərə alınıb, qanun layihələrində əlavə və dəyişikliklər edilib.
Trend-in məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair Hesabatında öz əksini tapıb.
Belə ki, dövlət büdcəsi ilə bağlı qanun layihəsi üzrə aşağıdakılara nail olunub:
- funksional təsnifat üzrə 72,6 mln. manat uyğunsuzluğun aradan qaldırılması;
- məqsədli büdcə fondunun mədaxil mənbələri ilə bağlı siyahının dəqiqləşdirilməsi;
- mərkəzləşdirilmiş gəlirlərin açıqlamasının dəqiqləşdirilməsi və müvafiq istiqamətdə ikili uçotla nəticələnə bilən halın aradan qaldırılması.
Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı qanun layihəsi üzrə aşağıdakılara nail olunub:
- funksional təsnifat üzrə 5,3 mln. manat, inzibati təsnifat üzrə 0,8 mln. manat uyğunsuzluğun aradan qaldırılması;
- dotasiyanın mədaxil mənbələrinə əlavə edilməsi;
- məqsədli büdcə fondu üzrə daxilolmaların ayrıca sətirlə göstərilməsi.