...

Bakının bu küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Aprel 2025 15:27 (UTC +04:00)
Bakının bu küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində 20 aprel saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti