...

Azərbaycan Cüdo Federasiyası tərəfindən Goranboyda ustad dərsi keçirilib

İdman Materials 18 Aprel 2025 21:49 (UTC +04:00)
Azərbaycan Cüdo Federasiyası tərəfindən Goranboyda ustad dərsi keçirilib

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyasının (ACF) Goranboyda təşkil etdiyi peşəkar inkişaf proqramı çərçivəsində ustad dərsi keçirilib.

ACF-dən Trend-ə verilən məlumata görə, Avropa çempionu və dünya çempionatının mükafatçısı Orxan Səfərovun iştirakı ilə baş tutan dərsdə müxtəlif cüdo fəndlərinin icrası ətraf regionlardan olan uşaq və yeniyetmələrə praktiki şəkildə nümayiş etdirilib.

Orxan Səfərov tədbir iştirakçılarına cüdoçuların əməl etməli olduqları əsas qaydalar barədə geniş məlumat verib, həmçinin şəxsi təcrübəsini bölüşərək, peşəkar inkişaf üçün vacib tövsiyələrini çatdırıb.

Tədbirin əsas məqsədi gənc cüdoçuların texniki bilik və bacarıqlarının artırılmasına, onların motivasiyası və gələcək inkişaf perspektivlərinin gücləndirilməsinə dəstək verməkdir.

Xəbər lenti

Xəbər lenti