Bakı. Trend:
2024-cü ilin iş planı üzrə başa çatdırılan auditlərlə müəyyən edilən pozuntuların aradan qaldırılması, eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyətin gücləndirilməsi məqsədilə qəbul edilən 44 kollegiya qərarında ümumilikdə 443 tədbir təsdiq edilib.
Trend-in xəbərinə görə, bu barədə məlumat Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair Hesabatında öz əksini tapıb.
Belə ki, Kollegiya qərarları ilə təsdiq edilən 193 tədbirin isə qanunvericiliklə icra üçün müəyyən edilən müddəti bitməyib.
2024-cü ilin iş planı üzrə aparılan nəzarət tədbirlərinin nəticələri üzrə kollegiya qərarlarında əks olunan maliyyə xarakterli tədbirlər aşağıdakıları əhatə edib:
- pul, əvəzləşmə və natura ifadəsində dövlət vəsaitinin bərpası;
- debitor və kreditor borcların bağlanılması;
- dövlət əmlakının özəlləşdirilməsindən, eləcə də dövlətə məxsus qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların dövlət büdcəsinə ödənilməsi;
- əməkhaqqı, ezamiyyə, kirayə və s. üzrə əsassız ödənişlərin dayandırılması;
- müqavilə məbləğinin azaldılması;
- gəlir vergisi üzrə artıq tutulmuş vəsaitin, istifadə olunmamış məzuniyyət günlərinin rəsmiləşdirilməməsinə görə kompensasiyanın işçilərə ödənilməsi;
- maliyyə hesabatları və uçot üzrə düzəlişlərin verilməsi;
- vergi bəyannamələrində düzəlişlərin edilməsi;
- dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin müvafiq qaydada nizamnamə fonduna aid edilməsi;
- tikintisi başa çatmış obyektlərin uçota (balansa) alınması üçün təhvil verilməsi və s.
2024-cü ilin iş planı üzrə kənar dövlət maliyyə nəzarəti
tədbirləri nəticəsində qəbul edilən kollegiya qərarlarının maliyyə
xarakterli bəndlərinin kəmiyyət ifadəsində təsviri və onların icra
vəziyyəti aşağıdakı kimi olub:
Bildirilib ki, bərpa üzrə müəyyən edilən tədbirlər üzrə qalan 25,0
mln. manatın icrası ilə bağlı həyata keçiriləcək tədbirlər cari
ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti ilin Hesabatına
daxil ediləcək. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar
üzrə araşdırmaların davam etdirilməsi dövlət vəsaitinin bərpası
üzrə məbləğlərin artımını gözlənilən edir.