Bakı. Trend:
Böyük Britaniyada işçi tələbatı zəifləməkdə davam edir.
Trend xəbər verir ki, ölkədə vakansiyaların sayı son dörd ilin ən aşağı səviyyəsinə enib. Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, bu ilin ilk üç ayında mövcud iş yerlərinin sayı 781 minə düşüb. Eyni zamanda, maaş alan işçilərin sayı azalıb. Bildirilib ki, bu ay qüvvəyə minən milli minimum əməkhaqqı və işəgötürənlərin milli sığorta ödənişlərinin artması yaxın aylarda maaşlara mənfi təsir göstərə bilər.
İşsizlik səviyyəsi isə 4,4 faiz olaraq sabit qalıb. 16-64 yaş arası əhalinin məşğulluq səviyyəsi 75,1 faiz təşkil edir ki, bu da Leyboristlər Partiyasının hədəflədiyi 80 faizlik göstəricidən aşağıdır.