Bakı. Trend:
Xaçmazda gecə saatlarında 15 yaşlı yeniyetmə bataqlıqda batıb.
Trend-in əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Bağırov Elçin Elman oğlu mal-qara axtararkən bataqlığa düşüb.
FHN-in əməkdaşları, Niyazabad kənd sakinləri yeniyetmənin axtarışına cəlb edilib.
Axtarışlar nəticəsində 15 yaşlı yeniyetmənin meyiti bataqlıq ərazidən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.