Bakı. Trend:
“Google” korporasiyası “Android 16” əməliyyat sisteminin dördüncü beta versiyasını buraxıb.
Trend xəbər verir ki, bu barədə “Android” tərtibatçılarının bloqunda məlumat yayılıb.
Dördüncü beta versiya “Android 16”nın rəsmi buraxılışından əvvəl sonuncu yığımı sayılır. “Google” mühəndisləri yeni beta versiyasının təzə funksiyaları barədə ətraflı məlumat verməsələr belə, onda təhlükəsizliklə bağlı bəzi boşluqların aradan qaldırdıldığı deyilir.
Xatırladaq ki, “Android 16” əməliyyat sisteminin üçüncü beta versiyası martın ortalarında “işıq üzü görmüşdü”.
Hazırda yeni çıxan beta versiyanı “Google”, “Iqoo”, “Lenovo”, “OnePlus”, “Sharp”, “Oppo”, “Realme”, “Vivo”, “Xiaomi” və “Honor” mobil cihazlarına quraşdırmaq olur.