...

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib (FOTO)

Siyasət Materials 18 Aprel 2025 18:14 (UTC +04:00)
Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi qonaqları salamlayıb. Görüş zamanı "Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi" mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti