...

Bakının beş rayonu üzrə abadlıq işlərinə başlanılır - 32 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 18 Aprel 2025 15:12 (UTC +04:00)
Bakının beş rayonu üzrə abadlıq işlərinə başlanılır - 32 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin bir sıra rayonları üzrə abadlıq işləri həyata keçiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, abadlıq işləri Nərimanov, Nəsimi, Səbail, Xətai və Sabunçu rayonları ərazisində aparılacaq.

Belə ki, sözügedən rayonlar üzrə səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri icra olunacaq.

Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq işlərə start verilib.

Qurum hazırda qeyd olunan işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum sözügedən işlərin 32 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti