...

Dünya iqtisadiyyatını “defolt dalğası” gözləyir - PROQNOZ

Dünya xəbərləri Materials 18 Aprel 2025 19:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Spekulyativ reytinqə malik şirkətlər üçün 2025-ci ildə defolt ehtimalı 2,5 faizdən 3,1 faizə yüksəlib.

Trend xəbər verir ki, bu proqnoz beynəlxalq reytinq agentliyi “Moody's”in ekspertləri tərəfindən irəli sürülüb və “Bloomberg” tərəfindən sitat gətirilib.

Bu göstəricinin hətta 6 faizə qədər arta biləcəyi ehtimal edilir . “Moody's”in fikrincə, bunun baş verməsi üçün “ciddi mənfi şok” belə lazım gəlməyəcək.

Bu proqnozlara təsir göstərən faktorlardan biri ABŞ-nin yeni tarif siyasəti ilə bağlı qeyri-müəyyənlikdir. Tarif siyasətinin kəskinləşəcəyi təqdirdə ABŞ-nin, o cümlədən qlobal iqtisadi artımı zəiflədəcəyi, maliyələşmə şərtlərinin pisləşəcəyi və investorların riskə daha az meyilli olacaqları güman edilir.

Birinci rübdə 27 defolt qeydə alınıb. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 38 olub. Defoltların yarıdan çoxu səhiyyə, biznes xidmətləri, pərakəndə satış, mehmanxana və istirahət, həmçinin telekommunikasiya kimi sahələrin payına düşür.

Bundan əvvəl, "Moody's"in baş iqtisadçısı Mark Zandi ABŞ prezidenti Donald Trampın ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi tariflərin və qarşı tərəflərin cavab tədbirlərinin qlobal iqtisadiyyatı və fond bazarlarını silkələyəcəyini proqnozlaşdırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti