...

Biz medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olmağa çalışırıq - Əhməd İsmayılov

Cəmiyyət Materials 18 Aprel 2025 17:25 (UTC +04:00)
Biz medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olmağa çalışırıq - Əhməd İsmayılov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biz çalışırıq ki, medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olaq.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün rəhbərlik etdiyi qurumun və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.

O, bir sıra hallarda bəzi media mənsublarının terminologiyalardan istifadədə çətinliklə qarşılaşdıqları hallarına rast gəlindiyini və bu istiqamətdə müvafiq addımların zəruriliyini qeyd edib:

"Bir sıra hallarda bəzi jurnalistlərimizin qanunvericiliyin, müvafiq terminologiyanın mahiyyətini tam anlamadıqları vəziyyətlərə rast gəlinir. Biz çalışırıq ki, medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olaq. Ona görə də bu istiqamətdə media ilə müvafiq qurumlar arasında görüşləri, seminarları uğurlu hesab etmək olar".

"Dövlət orqanları və media arasında bir körpü yaratmaq üçün bugünkü formatda görüş Medianın İnkişafı Agentliyinə də böyük bir stimuldur. Bu istiqamətdə yeni təkliflərə də açığıq", - deyə Ə. İsmayılov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti