Bakı.Trend:
ABŞ hakimiyyətinin ilk 100 günü ərzində ən çox ümumilli fövqəladə vəziyyət rejimi tətbiq etmiş Donald Tramp tarixə düşüb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
ABŞ konstitusiyasına əsasən, prezidentlərə ölkədə fövqəladə vəziyyət elan etmək səlahiyyəti, onun böhran məqamlarında çevik qərarlar qəbul edə bilməsi üçün verilir.
Qeyd edilir ki, indiki şəraitdə isə isə bu səlahiyyət Trampa konqresi “boğmağa” və birtərəfli fərmanlar yolu ilə ölkəni idarəetməyə imkan verir.
Ağ Ev rəhbəri Amerikanın son yüz illik tarixinin ən yüksək idxal rüsumlarını tətbiq etmək, enerji və faydalı qazıntıların hasilatını sürətləndirmək və cənub sərhədində federal torpaqların militarizasiyasında fövqəladə vəziyyət elan etmək səlahiyyətindən istifadə edib.