Xankəndi. Trend:
Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndərinin Xankəndi səfəri çərçivəsində deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı.
"Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa tarixi mərhələsinə qədəm qoyur.
Azərbaycana qarşı törədilmiş cinayətlərin, o cümlədən, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.
Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.