...

Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Cəmiyyət Materials 18 Aprel 2025 11:27 (UTC +04:00)
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək.

Trend xəbər verir k, bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi regional miqyaslı layihələrin də icrasına başlayıb. 2025-ci ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub", - A.Əliyeva qeyd edib.

O bildirib ki, Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb:

“Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır”.

Aygün Əliyeva sonda onu da bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.

Xəbər lenti

Xəbər lenti