...

Azərbaycanda son yağıntıların vurduğu zərər məbləği 1 milyonu ötə bilər

İqtisadiyyat Materials 18 Aprel 2025 10:32 (UTC +04:00)
Azərbaycanda son yağıntıların vurduğu zərər məbləği 1 milyonu ötə bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta sektorundan alınan məlumata görə, 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat həcmində müəyyən olunub.

Bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

"Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir", - deyə Assosiasiyasından bildirilib.

Qeyd edək ki, cari ilin 15– 16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən, daşınar və daşınmaz əmlaklara zərər dəyib. "Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti