...

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlandı

Hadisə Materials 18 Aprel 2025 10:04 (UTC +04:00)
Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev Trend-ə bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.

"Son günlər yağan intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir", - o qeyd edib.

Əli Əliyevin sözlərinə görə, hazırda Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ilə birgə aidiyyəti qurumlar proseslərin inkişaf dinamikasını qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti