...

Silahlı amerikalı təyyarəni ələ keçirib - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 18 Aprel 2025 11:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belizdə bıçaqla silahlanmış amerikalı kişi yüngül mühərrikli “Tropic Air” sərnişin təyyarəsini ələ keçirib.

Trend xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilib ki, insident aprelin 17-də baş verib. Göyərtəsində 14 sərnişin və iki ekipaj üzvü olan təyyarə Beliz-Meksika sərhədi yaxınlığında yerləşən Korosoldan populyar turizm məkanlarından olan San-Pedroya uçurmuş.

Sərnişinlərdən biri - ABŞ vətəndaşı olan Akinyel Teylor təyyarəni bıçaqla öz nəzarətinə götürüb. Onun iki sərnişini və pilotlardan birini yaraladığı deyilir. Yaralı pilot qarşıdurmadan sonra tapança ilə həmin şəxsi zərərsizləşdirib.

"Ağlasığmaz bir təzyiqlə üzləşən pilotumuz qeyri-adi cəsarət və soyuqqanlılıq göstərərək təyyarəni təhlükəsiz şəkildə endirib. Onun hərəkətləri əsl qəhrəmanlıqdan başqa bir şey deyildi", – deyə aviaşirkətin baş direktoru Maksimillian Qreyf bildirib.

Rəsmi şəxslərin sözlərinə görə, yaralanmış iki sərnişin və pilot hazırda xəstəxanadadır. Onlardan biri bel nahiyəsindən bıçaq xəsarəti alaraq ağciyərinin deşilməsi ilə nəticələnən ağır travma keçirib və vəziyyəti kritik olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti