...

Ölkələrimizin regionları arasında biznes əlaqələrinin qurulması əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalı olacaq - Ceyhun Bayramov

İqtisadiyyat Materials 17 Aprel 2025 14:27 (UTC +04:00)
Ölkələrimizin regionları arasında biznes əlaqələrinin qurulması əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalı olacaq - Ceyhun Bayramov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayə yatırımlarının təşviqi xüsusunda paytaxtlar səviyyəsindən əlavə, ölkələrimizin regionları arasında biznes əlaqələrinin qurulmasının mövcud əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalı olacağının qənaətindəyik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.

"Artıq 20 ildir ki, Azərbaycan enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Azərbaycanın SOCAR və Sloveniyanın GEOBRIN şirkətləri arasında qaz təchizi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu sənədinin imzalanması nəticəsində 2024-cü ilin avqust ayından etibarən Sloveniyada artıq Azərbaycanın təbii qazından faydalanan ölkələr sırasına qoşulub", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti