Bakı. Trend:
İndiyə kimi 35 bağça müdiri işdən azad edilib.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində deyib.
O bildirib ki, Təhsildə Keyfiyyət Təminadı Agentliyi bağçalarda 6 sahə üzrə monitorinqlər həyata keçirir.
"Monitorinqlər bitdikdən sonra nəticələr ümumiləşdirilir və MÜTDA-ya ötürülür. Aparılan monitorinqlər nəticəsində müxtəlif boşluqlar olan məktəbəqədər təhsil müəssisələrinin idarə heyəti ilə bağlı tədbirlər görülür. Statistikaya baxsaq, indiyə qədər bu tədbirlər nəticəsində 385 müdir haqqında müxtəlif tənbeh tədbirləri görülüb. Eyni zamanda 85-ə yaxın tərbiyəçi müəllim bu cür tənbeh alıb. 127 digər - dayə, texniki işçi haqqında inzibati tədbirlər görülüb. Həmçinin 35 müdir də işdən azad edilib",- deyə o əlavə edib.