Bakı. Trend:
Məqsədimiz Azərbaycan və Sloveniya arasında körpülər, bağlar yaratmaq və inkişaf etdirməkdir.
Trend xəbər verir ki, bu sözləri maliyyə nazirinin birinci müavini Anar Kərimov bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.
"10 ildir ki, bunun üzərində işləyirik və bəhrəsini görürük. Sloveniya bizim çox gözəl tərəfdaşımızdır.
Bugünkü biznes forumda təkcə özəl şirkətlər deyil, dövlət qurumlarının da nümayəndələri iştirak edirlər.
Sloveniya texnologiyalar, əczaçılıq və sənaye sahələrində böyük nailiyyətlərə malikdir. Bu da bizim prioritetlərimizə çox uyğundur.
Son 10 ildə Sloveniya çox inkişaf edib və doğrudan da, Avropaya bir pəncərədir", - nazir müavini vurğulayıb.