...

ABŞ-də raket mühərriki zavodunda partlayış olub

Dünya xəbərləri Materials 17 Aprel 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Yuta ştatında “Northrop Grumman” korporasiyasının raket mühərrikləri istehsal edən zavodunda partlayış baş verib. Partlayış nəticəsində zavodun binalarından biri dağılıb.

Trend xəbər verir ki, bu barədə “Newsweek” yazır.

Zərərçəkənlər barədə məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Yerli telekanallardan birinin helikopterdən çəkilən görüntüsündə hadisə yerində yanğın müşahidə olunmasa da, partlayışdan binanın dağılmış vəziyyətə gəldiyini görmək olur.

Qeyd edək ki, “Northrop Grumman” ABŞ-nin Hərbi Hava Qüvvələri, NASA və kommersiya məqsədli kosmik uçuşlar üçün ölkədə istehsal olunan sərtyanacaqlı raket mühərriklərinin 90 faizinə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti