...

Ötən il enerji sisteminin idarə edilməsi və ƏQA ilə bağlı görülən işlər açıqlanıb

İqtisadiyyat Materials 17 Aprel 2025 13:07 (UTC +04:00)
Ötən il enerji sisteminin idarə edilməsi və ƏQA ilə bağlı görülən işlər açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində enerji sisteminin idarə edilməsi və əks-qəza avtomatikası (ƏQA) ilə bağlı görülən işlərin həcmi açıqlanıb.

Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 282,5 km əlavə optik kabel məkilib. Yeni tikilmiş "Mirik", "Qarıqışlaq", "Zabux", "Ağbulaq-2", "Zəngilan", "Toğanalı", "Nadirxanlı", "Yuxarı Vəng", "Aşağı Vəng", "ZAR" KSES-lərlə optik rabitə əlaqəsi yaradılıb, texniki məlumatları Mərkəzi SCADA sisteminə inteqrasiya olunub, enerjisistemin sxeminə əlavə olunmuş və məlumatlar bazası yenilənib.

Bu KSES-lərin yerli idarəetmə sistemləri uzaqdan SCADA şəbəkəsi üzərindən bağlantı ilə təmin olunub. 4 Sumqayt ES, Cənub ES, Şimal ES AGC (Yükün Avtomatik Tənzimlənməsi) proqramına qoşulub.

Yenidənqurmadan sonra istismara verilmiş 220 kV-luq İmişli, 110 kV-luq Yevlax və Puta Y/S-lərin sxem və məlumatlar bazası yenidənqurmaya uyğun olaraq dəyişdirilib, yeni quraşdırılmış yerli Rəqəmsal İdarəetmə Sistemləri funksional olaraq test edilib və mərkəzi SCADA sisteminə inteqrasiya olunub.

Şəmkir SES-də və 330 kV-luq Alüminium Zavod Yarımstansiyasında yeni yerli nəzarət və idarəetmə sistemi quraşıdırılıb. Enerji sisteminin əksər obyektlərində quraşdırılan sərhəd və balans sayğacları yeni qurulan Mərkəzləşdirilmiş Sayğac Sisteminə inteqrasiya olunub. Qarabağ regionunun elektroenergetika sxemi yük axınının nizamlanması üçün SCADA/EMS-in idarəetmə və analiz proqramlarının məlumatlar bazasına əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti